“AzBadam”ın badam bağında meyit tapıldı

Dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq qaydada nümunalər götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər