“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) Qəbələ rayonunda yerləşən elektrik infrastrukturunun müasirləşdirilməsi məqsədilə keçirdiyi açıq tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, tenderin şərtlərinə əsasən, mövcud 220/10/10 kV-luq “Qəbələ” yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə tam yenidən qurulması işləri həyata keçiriləcək.
Tender komissiyasının qərarı ilə genişmiqyaslı tikinti-quraşdırma və yenidənqurma işlərinin icrası “Azconstruction” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.
Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 21 280 661 manat təşkil edir.







