“Azelektromaş” ASC 2022-ci ili 485 min manat xalis mənfəət ilə başa vurub.
Banker.az şirkətin maliyyə vəziyyəti haqqında olan hesabatlarına istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə 2022-ci ildə şirkətin xalis mənfəəti 1.6 dəfə artıb. “Azelektromaş” 2021-ci ili 295 min manat xalis mənfəət ilə bağlamışdı.
“Azelektromaş”ın əsas əməliyyat gəlirləri 2021-ci ildə 2 milyon 845 min manat ikən, 2022-ci ildə 3 milyon 179 min manata yüksəlib. Ötən il şirkətin işçi heyəti üzrə xərcləri 64 min manatdan 143 min manata, amortizasiya xərcləri 3 min manatdan 11 min manata, digər əməliyyat xərcləri isə 180 min manatdan 755 min manata çatıb.
Hesabat dövründə “Azelektromaş”ın cəmi aktivləri 2 milyon 172 min manat olub ki, bu da əvvəlki dövr ilə müqayisədə 18% artım deməkdir.
Qeyd edək ki, “Azelektromaş”ın fәaliyyәt növü elektron vә optik avadanlıqların tәmiridir. Şirkətin nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi Əli Teymurovdur.