16 C
Baku
Thursday, May 2, 2024

“AZENCO” səhmdarları mənfəəti bölüşdürəcək

“AZENCO” ASC 26 aprel 2024-cü il, saat 14.00-da səhmdarlarının növbəti illik növbədənkənar yığıncağı keçirləcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin elanında qeyd edilir.

Elandakı qeydlərə əsasən, səhmdarların ümumi yığıncağının gündəliyinə İdarə Heyətinin illik hesabatı, illik hesabatın təsdiqi, Müşahidə Şurasının hesabatı, maliyyə-təftiş komissiyasının hesabatı daxil edilib.

Bununla belə gündəliyə, İdarə Heyəti, Müşahidə Şurası və Təftiş Komissyasının üzvlərinin yeni tərkibinin seçilməsi və xalis mənfəətin bölüşdürülməsi daxil edilib.

Bildirək ki, 1 yanvar 2023-cü il tarixinə şirkətin balansında 18.68. mln. manat zərər var.

Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər