15 C
Baku
Saturday, April 27, 2024

Azər Türk Bankı Rəqəmsal Transformasiya Mərkəzinin yaradılmasını elan edir

Azər Türk Bank İnformasiya Texnologiyaları və Biznes proseslərinin idarə edilməsi departamentlərinin bazasında Rəqəmsal Transformasiya Mərkəzi (RTM) yaradıb.

RTM-in təşkili komandanın ümumi hədəfi üzrə ayrı-ayrı çarpaz funksiyaları yerinə yetirən rəqəmsal biznesin inkişafını, keyfiyyətə nəzarəti, proqramçılar, süni intellekt üzrə analitik və mütəxəssislərin fəaliyyətini ehtiva edir.

 Yeni mərkəz MVP və prototiplər, rəqəmsal tətbiqlər, yeni rəqəmsal nəslə aid mükəmməl bank məhsul və xidmətləri hazırlayır.

CustDev prosesinin və rəqəmsal təcrübənin genişləndirilməsi üçün mərkəzin bazasında Müştəri Təcrübəsinin öyrənilməsi üzrə Laboratoriya (ATB CX LAB) da yaradılıb. Bu laboratoriya dərin araşdırma və müsahibələrin aparılmasına, irəli sürülən təşəbbüslərin formalaşdırılaraq sınaqdan keçirilməsinə, eləcə də bank müştərilərinin rəqəmsal ehtiyaclarının öyrənilməsinə imkan verir.

Mərkəzin rəhbəri vəzifəsinə R.Həşimzadəyə təyin edilib. O, mürəkkəb rəqəmsal tapşırıqların icrası və məhsulların yaradılması üzrə əhəmiyyətli təcrübəyə malikdir. İT departamentinin rəhbəri vəzifəsi isə F.Mustafayevə həvalə olunub.

Daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər