“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalının 22.6 faizini geri çəkib.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Mikro-Kredit BOKT”un nizamnamə kapitalı 2 054 000 manata qədər azaldılıb.
Yanvarın 11-ə qədər BOKT-un nizamnamə kapitalı 2 654 000 manat təşkil edirdi. Bu da sonuncu dəfə kapitalın 600 000 manat olan hissəsinin geri çəkilməsi deməkdir.
2014-cü ilin aprelində yaradılan BOKT-un nizamnamə kapitalının yeganə payçısı Tural Məmmədovdur.
BOKT nizamnamə kapitalını son illərdə əldə etdiyi xalis mənfəətlərin kapitala yönəldilməsi ilə nail olmuşdu.