16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan Rusiyadan idxal etdiyi taxtanın həcmini azaldıb – Qiymətlər düşüb

Azərbaycan 2021-ci ilin ilk rübü ərzində Rusiya Federasiyasından idxal etdiyi  şam ağacından olan materialların (iynəyarpaqlı ağaclar) həcmi 17.4 faiz azalıb.

Banker.az-ın əldə etdiyi məlumatlara görə, 2021-ci ilin birinci rübündə RF-dən 107.17 min kub-m həcmində taxta idxal edib. Bu məhsullara görə, şimal qonşuya 12.53 milyon ABŞ dolları həcmində valyuta axıb.

Azərbaycan 2020-ci ilin birinci rübündə 129.67 min kub-m həcmində, yaxud 16.43 mln. dollar həcmində iynəyarpaqlı şam ağacının meşə materiallarını idxal etmişdi.

Əlavə olaraq, Azərbaycanın bu ölkədən idxal etdiyi bu meşə materialının hər kub metri 7.9 faiz ucuzlaşıb. 2020-ci ildə şam ağacının hər kubunu 126.69 dollara aldığı halda, 2021-ci ildə bu 116.93 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər