11 C
Baku
Wednesday, December 11, 2024

Hesabat: “Azərbaycan Sənaye Sığorta” ili mənfəətlə başa vurdu

“Azərbaycan Sənaye Sığorta” ASC 2016-cı ilin yekunlarını açıqlayıb. İlin nəticələrinə görə, Şirkət 2016-cı ili 2 292 438 manat ümumi mənfəətlə başa vurdu. Ümümilikdə 6 395 698 manat sığorta haqqı toplamış və 3 230 466 manat məbləğində sığorta ödənişi həyata keçirib. Az sayıda olan şirkətlərdəndir ki, yığılan sığorta haqlarının 50%-dən çoxunu ödənişə sərf edir. Bu barədə Şirkətdən Banker.az-a bildirlir.

2016-cı il ərzində Kənd Təsərrüfatı sığortası üzrə toplanan sığorta haqqları 50%,  Könüllü Tibbi Sığorta xidmətlərindən istifadə edənlərin sayı 45%, bu sahədən toplanan sığorta haqlarının məbləği isə 2 dəfə yüksəlib. Həmçinin Yük sığortasında da qədər artım var.

2016-cı ildə tibbi sığorta, korporativ sığorta xidmətləri, icbari və kasko sıgorta hadisələri ilə bağlı məmnuniyyət araşdırmaları aparılıb, göstərilən xidmətin keyfiyyəti yüksəldib. Şirkət 2016-cı il fəaliyyətlərinə görə, Global Brands Magazine tərəfindən  Azərbaycanın “Ən yaxşı Qeyri-Həyat Sığorta Şirkəti” və Finance Digest-in Azərbaycanın “Biznes Sığortada Mükəmməllik Brendi”  mükafatlarına layiq görülüb.  2017-ci ildə də bu və buna bənzər araşdırmaların, yarışmalarda iştirakın  həyata keçirilməsi davam etdiriləcək.

2017-ci ildə tibbi siğortada, kənd təsərrüfatı sığortasında da ciddi nəticələrə, irəliləyişlərə nail olmağa davam etmək, “Digital Marketinq”i aktivləşdirərək hədəf kütləni maksimum şəkildə tanınmaq, seqmentasiya aparmaq və bir çox marketinq fəaliyyətini həyata keçirmək Şirkətin əsas hədəflərindəndir.

Son xəbərlər
Digər xəbərlər