Bununla bağlı Energetika Nazirliyi artıq təklifləri hazırlayan şirkəti seçib
Azərbaycan Respublikasının Energetika Nazirliyi “AzAlternativEnerji” MMC ilə 437,48 min manatlıq müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilənin predmeti texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanmasıdır.
Bildirək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə tabeliyində olan “Azalternativenerji” MMC 2013-cü ildə yaradılıb və nizamnamə kapitalı 51,48 mln. manat təşkil edir. Müəssisə günəş, külək və kiçik su elektrik stansiyası kimi qurğuların quraşdırılmasını həyata keçirir.
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Bu enerjinin mənbələri isə günəş, külək və kiçik su elektrik stansiyasını aid etmək olar.