5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Gürcüstanın birgə şirkəti ilk yarımildə 304 min xalis mənfəət əldə edib

Azərbaycanda çap avadanlıqları icarəsi, texniki xidməti və s bu kimi xidmətləri həyata keçirən “Max” MMC 2023-cü ilin ilk yarısında 1 milyon 600 min manat gəlirə qarşı 304 min manat xalis mənfəət əldə edib.

Bannker.az bunu şirkətin yarımillik hesabatına istinad edir.

Hesabata görə, satışın maya dəyəri 859 min manat olmaqla 112 min manat inzibati xərclər, 195 min manat digər xərclər edib.

Bununla da şirkətin kapital balansında 1 milyon 96 min manat bölüşdürülməmiş mənfəət olub.

Xatırladaq ki, “Max” MMC 2005-ci ildə yaradılıb,  2000 manat nizamnamə kapitalı var. Kapitalının 73.99%-i “MAX” Gürcüstana, 25.01%-i “PAŞA İnvestment” MMC-yə və 1%-i Anar Abasov Alik oğluna məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər