Azərbaycan əhalisinin banana olan tələbinin azalması qiymət və idxalı azaldıb.
Banker.az xəbər verir ki, 2021-ci ilin birinci yarımili ərzində Azərbaycan xaricdən 27 562 ton, yaxud 19.73 milyon dollarlıq banan idxal edib. Bu da idxalın miqdarı baxımdan illik 4.7% azalma deməkdir. Dövlət Statistika Komitəsinin hesablamalarında qeyd edilir.
İdxal olunan bananın hər kiloqramı 0.7158 dollar (rəsmi məzənnə ilə: 1.2169 manat) olub, bu 2020-ci ilin müvafiq dövründə 0.7147 dollar idi.
Qeyd edək ki, Azərbaycanda market və ticarət mərkəzlərində iyul aylarında bananın ucuzlaşıb. Bu isə hər ildə təkralanan hadisədir. Belə ki, iyul ayında 10.4% aylıq müqayisədə ucuzlaşaraq 2.03 manat/kq olmuşdu. 2020-ci ilin iyulunda isə 2.09 manat/kq idi.
Azərbaycan banını əsasən Cənubi Afrika ölkəsi Ekvadordan idxal edir.