12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bank sədrləri harada təhsil alıblar? – ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən banklar  müəyyən şəxslər – CEO-lar tərəfindən idarə olunur.

 Həmin idarəçilərin təhsil səviyyəsi, hansı ixtisasa sahib olduqları, yəqin ki, hamıya maraqlıdır.

Banker.az saytı olaraq, biz isə bu dəfə 27 bankın İdarə Heyətinin sədrlərinin (CEO-lar) ixtisasları və harada təhsillərini başa vurduqlarını araşdırdıq və həmin siyahını təqdim edirik.

Anar Həsənov, CEO, Accessbank – O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.

Anar Həsənov

 

Aydın Hüseynov, CEO, AFB Bank –  Egey Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsində təhsil alıb, Ankara Universitetində “Tətbiqi riyaziyyat” ixtisası üzrə magistr və fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

Aydın Hüseynov

 

Əfqan Cəlilov, CEO, AG Bank – Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin “Ümumi İqtisadiyyat” ixtisasında təhsil alıb.

efqan celilov

 

Leyla Məmmədbəyli , CEO (v.i.e), Amrahbank – 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb.

leyla memmedbeyli

 

Dəyanət Quliyev, CEO, AtaBank – Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirib.

deyanet quliyev banker.az

 

Doğan Tandoğan, CEO, Azərbaycan Sənaye Bankı – 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olub.

dogan tandogan banker.az

 

Orxan Hüseynov, CEO, Azər Türk Bank –  O, 2002-2007 illərdə Bakı Dövlət Universitetində “İqtisadi kibernetika” üzrə bakalavr təhsili, 2007-2009 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə MBA təhsili alıb.

Orxan Huseynov e1497865116580

 

Rüfət Kərimov, CEO, Bank Avrasiya – 1985-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakültəsini bitirib.

Photo Rufat K.

 

Eldar Həmidov, CEO, Bank of Baku – 1993-1997-ci illərdə Xəzər Universitetində əvvəl hüquq, sonra isə biznes idarəçilik ixtisası üzrə təhsil alıb. 2002-2003-cü illərdə Britaniyanın «Heriot-Watt University» universitetində beynəlxalq bank və maliyyə təhsili alıb.

eldar hamidov

 

Emil Rzayev, CEO, Bank BTB – 2001-ci ildə Ali İctimai – Siyasi Kolleci bitirib Hüquqşünaslıq üzrə bakalavr təhsili alıb. 1994-2000 cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr dərəcəsi ilə bitirib. 2014 –ci ildə Rusiya Federasiyası höküməti yanında Maliyyə Universiteti nəzdində Maliyyə Universitetinin Bank idarəçiliyi ixtisası üzrə MBA alıb.

Emil Rzayev

 

Tariyel İsmayılov, CEO, Bank Respublika – 2003-cü ildə Milli Aviasiya Akademiyası, 2007-ci ildə Azərbaycan Texnologiya Universitetini “İnzibati İdarəetmə” ixtisası üzrə bitirib.

taryel

 

Mahir Nəcəfov, CEO, Premium Bank – Azərbaycan Politexnik Universitetinin “Maşınqayırma texnologiyası” fakültəsini “Mühəndis-Mexanik” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirmişdir.

mahir necefov cover

 

Kirin Yevgeni Anatolyeviç, CEO, Bank VTB – 2001-ci ildə- Orlov dövlət texniki universitetin Maliyyə-iqtisadiyyat fakultəsini bitirib.

yevgeni kirin vtb

 

Mehman Məmmədov, CEO (v.i.e) Expressbank – Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

1390x557 1390x557 mehman m e1491308632560

 

Zaur Əhmədov, CEO, Günaybank – 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakultəsini bitirib.

zaur ehmedov

 

Elxan Ağayev, CEO, Xalqbank – Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirib.

 

elxan agayev 1

Rövşən Allahverdiyev, CEO, Kapital Bank – O, 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.

rovshan allahverdiyev

 

Elmir Həsənov, CEO, Muğanbank – Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib.  “Strathclyde Business School”-da MBA proqramını bitirib. 

Elmir Hasanov

Azər Məmmədov, CEO, Naxçıvanbank – 1986-1990-cı illərdə Naxçıvan Sovxoz Texnikumunu Mühasibat uçotu peşəsi üzrə bitirib. Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu nəzarəti və təsərrüfat fəaliyyətinin təhlili ixtisasına qəbul olunmuş və oranı 1996-cı ildə bitirmişdir. 

00002 1 1


Səid Qasımov, CEO(v.i.e), NBCBank – 1999 – 2003-cü illərdə Qərb Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2003 – 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Biznes” fakultəsində MBA magistr dərəcəsi üzrə təhsil alıb.

seid qasimov

 

Nikoloz Şurqaia, CEO, Nikoil Bank – Tiflis Dövlət Universitetinin İqtisadiyyat ixtisası üzrə məzunudur, MBA dərəcəsini isə London Biznes Məktəbində alıb. 

nikolaz

 

Taleh Kazımov, CEO, Paşa Bank – Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsində alıb. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

taleh kazimov

 

Elçin Qədimov, CEO, Rabitəbank –  Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit  fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.

elcin qedimov

 

Fəzail Musayev, CEO, TuranBank – Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə-Kredit” fakultəsini bitirib.

fezail musayev turanbank


Faiq Hüseynov, CEO, Unibank –  O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Tikintinin İqtisadiyyatı və təşkili” ixtisası üzrə bitirib.

faiq huseynov unibank

 


Cenk Yüksel, CEO, Yapı Kredi Bank Azərbaycan – 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirib.

Cenk Yüksel 27 e1509015769118

 


Avni Demirci, CEO, Ziraat Bank Azərbaycan –  O, 1987-1991 illərdə “19 Mayıs Universitesi”ni oxuyub.

Avni Demirçi

Son xəbərlər
Digər xəbərlər