12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bu bank zərər ilə birgə kiçildi

“Bank Melli İran” Bakı filialı 2019-cu ilin yanvar-iyun aylarını  16,906 min manatlıq xalis zərər ilə bağlayıb. Bankın 2019-cu ilin yanvar-iyun aylarında olan maliyyə hesabatına əsasən, zərər etməsinə səbəb  aktivlər üzrə ehtiyatların yaradılmasına 18,125 mln manat ayrılmasıdır. 

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bank 2018-ci ilin yanvar-iyun aylarını isə 1,384 mln manat xalis mənfəət ilə başa vurub.

Bankın bu ilin ilk 6 ayında xalis faiz gəlirləri 1,337 mln manat  olub. Ötən ilin müvafiq dövrüylə müqayisədə 2019-cu ildə xalis faiz gəlirləri 6,4% azalıb.

“Bank Melli İran” Bakı filialının cari ildə faiz gəlirləri 1,380 mln manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 7% azalma deməkdir.

Bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə  12,2% azalaraq 96,981 mln manat olub. “Bank Melli İran” Bakı filialının kredit portfeli  20,5 % artaraq 4,311 mln manat təşkil edib.

2019-cu ilin son 6 ayı ərzində bankın cəmi öhdəlikləri 43,351 mln manat olub. “Bank Melli İran” Bakı filialının depozit portfeli 2018-ci ilin dekabr ayı ilə müqayisədə 19% artaraq 10,058 mln manat olub.

 

 

Son xəbərlər
Digər xəbərlər