6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycandakı fəaliyyətimizin tez nəticə verməsi bizdən asılı deyil”: “Raiffeisen Bank International”

“Raiffeisen Bank International”ın Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə imzaladığı kapital bazarlarının, depozitlər və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu xüsusilə dövlət əmlakı ilə bağlı infrastrukturun inkişafına fokuslanıb.

Bunu açıqlamasında Bankın icraçı direktoru Atilla Salay-Berzevici (Attila Szalay-Berzeviczy) deyib.

O, bu barədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi ilə bağlı mümkün əməkdaşlığa münasibət bildirərkən danışıb. Bank rəsmisi hedab edir ki, imzalanmış sənəd özəlləşdirmə məsələsində hansısa məsləhətlərin verilməsini özündə əks etdirir.

“Ölkə hökumətinin tərəfdaşları ona ABB-ni uğurla özəlləşdirmək üçün dəstək verməlidilər. Bu dəstək olduqdan sonra, qiymətli kağızlar fond birjasına çıxarılır və onlarla maraqlanan treyderlərə təqdim edilir. İlki növbədə yerli fond bazarını xarici investorlar üçün cəlbedici etməliyik. Bundan sonra isə “Raiffeisen Bank International” gəlir və əlaqəli tərəflərə şərtləri izah edir. Bu, həm tərəflərin təqdimatı, həm özəlləşdirmədə iştirak, həm də divident ödənilməsi ilə bağlı məsələlər ola bilər. Hazırda xarici investorlara Azərbaycan bazarında özlərini təqdim etməyə yardım edirik. Hələ ki, kapital bazarlarında inkişaf çətin gedir. Mövcud vəziyyət hökumətdən, bank sektorundan və brokerlərdən bir qədər səbrli olmağı tələb edir”, – deyə o, qeyd edib.

A.Salay-Berzevici onu da deyib ki, təmsil etdiyi maliyyə qurumunun Azərbaycandakı fəaliyyətinin tez nəticə verməsi onlardan asılı deyil: “Qiymətli kağızlar bazarının inkişafı üçün tövsiyyələrimizin tez nəticə verməsi bizdən asılı məsələ deyil. Bu daha çox Azərbaycanın realtorlarından və məlumat təklif edən tərəflərin fəaliyyətindən asılıdır. Biz yalnız məsləhət veririk, başqa heç bir iş görmürük. İstəyimiz odur ki, daha çox xarici investor cəlb edək”.

Report

Son xəbərlər
Digər xəbərlər