4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın bu xam məhsulu üçün Türkiyə həvəslənir – İran isə əksinə

Azərbaycanın “ağ qızıl”ının xaricə ixrac həcmi 55% artıb.

Banker.az-ın rəsmi statistik rəqmələrə istinadən xəbərinə görə, 2021-ci ilin I rübü ərzində Azərbaycan ümumilikdə 46.08 min ton həcmində daranmamış pambıq lifi ixrac edib. İdxal edilmiş pambığa görə, Azərbaycana 68.56 milyon ABŞ dollarında valyuta daxil olub.

Azərbaycan toxuculuq üçün lazım olan bu məhsulu son illərdə iki qonşusuna – Türkiyə və İrana satmaqdadır.

2020-ci ilin birinci rübündə Azərbaycan bu iki ölkəyə ümumilikdə 29.67 min ton həcmində pambıq ixrac etmişdi ki, idxalən dəyəri də 42.8 milyon dollar təşkil edirdi.

HƏR TONUNDA $45 ƏLAVƏ ƏLİR

İdxal dəyərindəki dinamikanın daha çox böyüməsinə səbəb isə Azərbaycanın ixrac etdiyi bu məhsulunun 2020-ci ildəkindən bu il daha baha satmasıdır. Ölkəmiz bu ilin ilk rübündə orta qiymətlə pambığın hər tonunu xaricə $1 488 satıb, bu isə 2020-ci ilin müvafiq dövründə $1 442 idi. Yəni, bu il hər tonunda $45, yaxud 3.1% daha çox qazanc edib.

İRAN ALIŞI AZALDIR, TÜRKİYƏ ARTIRIR

2021-ci ilin birinci rübündəki göstəricilərə görə, Azərbaycanda Türkiyəyə ixrac həcmi 66% artmaqla 43.73 min ton təşkil edib, bunun da idxal dəyəri $65.54 milyondur.

İran isə Azərbaycanın “ağ qızıl”ının alış həcmini 30.6% azaltmaqla 2.34 min tona qədər azaldıb. İdxal dəyəri isə cəmi $2.99 milyon təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər