10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın valyuta bazarı “isinir”, Mərkəzi Bank deyir “mövsümidir”

15 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti, fevralın 5-ci valyuta hərracı keçirilib və tələb 100 mln. dolların üzərindədir.

Banker.az-a bu barədə AMB-dən bildirilir.

Hərracda tələb 103.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sonuncu dəfə çərşənbə axşamı keçirilmişdi və həmin hərracda 151.1 mln. dollar satılmışdı.

Bununla da fevral ayında ümumilikdə  474.8 mln. dollar satılıb ki, bu da yanvarın bütün hərraclarında qeydə alınan 417.1 mln. manatı üstələyir.

Yerli banklar isə konvertasiya məzənnələrinə toxunmayıb və əvvəlki qaydada satışlar davam edir.

Fevral bitənə qədər bundan sonra plan üzrə 4 valyuta hərracı keçirimləridir.

Banker.az-a ötən gün AMB-dən bildirildi ki, Azərbaycanda son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır.

Tənzimləyicinin sözlərinə görə, bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır”.

Məlumat kimi qeyd edilir ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyir.

32424234324

“Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”- deyə, AMB bildirdi.

 

 

Son xəbərlər
Digər xəbərlər