Mobil operatoru “Azercell Telecom” MMC abunəçilərinə müraciət edib. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Müraciətdə deyilir ki, gələn il yanvarın 10-dan etibarən korporativ abunəçilər istisna olmaqla bütün fiziki şəxs statusuna malik abunəçilərin fakturalı xətt sisteminə aid nömrələrində “Bizklub” proqramı dayandırılacaq. Buna görə də, proqramın üzvləri endirim və güzəştlərdən, o cümlədən öz aralarında 1 dəqiqə = 3 qəpik tarifi ilə danışmaq imkanından yararlana bilməyəcəklər.