7 C
Baku
Sunday, December 15, 2024

“Azercell” bir neçə şirkətlə eyni səbəbdən məhkəmədə “çəkişir”

“Azercell Telekom” MMC Azərbaycanda elektron avadanlıqları satışı ilə ixtisaslaşan qapalı səhmdar cəmiyyəti məhkəməyə verib.

Banker.az xəbər verir ki, mobil operator 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək, “Datasell” QSC-nin 41,05 manat məbləğində abunə və xidmət haqqının və eləcə də 20 manatlıq dövlət rüsumunun ödənməsini xahiş edib.

Ümumiyyətlə, son günlərdə “Azercell” bu növdə mübahisəli məsələrə görə bir neçə şirkəti məhkəməyə verib. Bura “Happy Baku” MMC- 30,48 manata, “QASİD-EXPRESS” MMC – 36,07 manat və “VESTA SERVİCE” MMC- 43,07 manat məbləğində abunə və xidmətə görə pul ödəməsinə görə iqtisadi məhkəmələrə başlayıb.

Maraqlı bir fakt isə, may ayı başlamamış bunlar baş verib.

 

Son xəbərlər
Digər xəbərlər