“Azercell” və ya rəsmi adı ilə “Azercell Telekom” MMC Azərbaycanda taksi xidmətini həyata keçirən Omega Taksi:*0404 (rəsmi adı: “Omega Plus” MMC) qarşı məhkəmə iddiası qaldırıb.
Mobil operator Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (SİİM) müraciət edərək taksi xidməti keçirən şirkətdən 4 596 manatlıq borcun ödənilməsi qərarını çıxarmasını [Azercell-ə] xahiş edib. Məhkəməyə sədirlik Quliyev İsmayıl Rza oğlu tərəfindən aparılıb və 30 dekabr 2019-cu il tarixində qətnamə qəbul edilib.
“Azercell Telekom” ММC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır.” – deyə SİİM əlavə olaraq şərh verib.
Qeyd edək ki, Banker.az Redaksiyasının əldə etdiyi sənəddə “Azercell” bir-bir hərbirinin hansı məbləğdə borcun yazılmasını siyahı kimi məhkəməyə təqdim edib.
“Omega Plus” MMC 2017-ci ildə Sumqayıt Şəhəri, Bakı Küç, Ev 60 ünvanında qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi isə Evgenii Zabırov adlı şəxsdir.