6 C
Baku
Sunday, December 15, 2024

“Azercell”dən abunəçilərinə xəbərdarlıq

Azərbaycanın böyük abunəçiyə sahib olan Azercell Telekom bildirib ki, martın 10-dan başlayaraq çətinlik yarana biləcək mobil telefonlardakı müddəti uzadılıb.

Banker.az bu barədə telekommunikasiya şirkətinin elanına istinadən bildirir.

Azercell Telekom MMC deyib ki, “şirkət tərəfindən daha müasir texnologiyaların tətbiqi və bununla da göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri” ilə əlaqədar verilən elan da göstərilən 10.03.2022-ci il tarixi 04.04.2022-ci il tarixi ilə əvəz edilib.

Beləliklə, bəhs edilən təkmilləşdirmə işləri ilə əlaqədar 04 aprel 2022-ci il saat 00:01-dən etibarən “2G” texnologiyalarını dəstəkləyən köhnə modelli cihazlarda rabitə xidmətlərinin istifadəsi zamanı çətinliklərin yaranması mümkündür.

Telekommunikasiya şirkəti onu da qeyd edir ki, daha yeni texnologiyaları dəstəkləyən cihazlardan istifadə edən abunəçilər hər hansı çətinlik ilə qarşılaşmayacaq.

“Abunəçilərimizdən göstərilənləri nəzərə almağı xahiş edirik”.

 

Son xəbərlər
Digər xəbərlər