“AzerGold” Qapalı Səhmdar Cəmiyyət “AT-GEOTECH” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Kəpəz-Buzluq-Kürəkçay sahəsi üzrə aeroelektromaqnetik tədqiqatların (helikopter ilə) aparılmasına dair xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 899 832 AZN-dir.
Qeyd edək ki, şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Vüqar Ağabəyovdur.