“Azergold” QSC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 20-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 28-i, saat 15:00-a qədər səhmdar cəmiyyətinin yeləşdiyi Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küçəsi, 2H ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 29-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.