“AzerGold” Qapalı Səhmdar Cəmiyyət “Real-İnşaat” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 247 984 manatdır.