“AzerGold” QSC “Rustavi Azot” Səhmdar Cəmiyyəti ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə dağ-mədən sənayesi üçün sianid (NaCN) maddəsinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 6 060 000 manatdır.
Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 36.471 milyon dollardır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.