“AzerGold” QSC iki şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Blasto” QSC və “Fuad-Kimya Servis” MMC-dir.
1-ci müqavilədə Geoloji kəşfiyyat, yeraltı mağara keçmə, topoqrafik planalma və hidrogeoloji monitorinq tədqiqatlarının aparılmasına dair işlərin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 21 549 960 manatdır.
2-ci müqavilədə isə İstehsalat üçün kimyəvi maddələrin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 2 166 138 manatdır.