21 C
Baku
Wednesday, October 5, 2022

“AzerGold” işçilərinin tibbi müayinəsinə 60 min manat xərcləyəcək

“AzerGold” QSC-nin Gəncə şəhəri, Daşkəsən və Balakən rayonlarında yaşayan və/və ya çalışan işçiləri üçün tibbi müayinə xidmətlərinin, o cümlədən laborator analizlərin verilməsinə dair xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Bu tenderin qalibi “36.6 MED” MMC-dir.

“AzerGold” qalib şirkətə 58 992 manat ödəyəcək.

Qeyd edək ki, “36.6 MED” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Fəsliyyə Nağıyevadır.

Son xəbərlər
Oxşar xəbərlər