5 C
Baku
Saturday, December 14, 2024

“AzerGold” QSC iki vəzifə üzrə vakansiya elan edir

Şirkət haqqında:

AzerGold QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vəzifə 1: Çovdar Filiz Emalı Sahəsi / Ehtiyatlar üzrə geoloq

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

• Məxsusi geoloji kəşfiyyat işlərinin, geofiziki işlərin həyata keçirilməsi zamanı, həmçinin mədən, partlayış, daşınma işlərində peşəkar səviyyədə iştirak etmək;
• Bloklar və poliqonlar üzrə ehtiyatların 4 variantda (manual, statistik, Gemcom və Surpac proqramlarında) hesablanması və filiz poliqonlarının yaradılması;
• Bloklar üzrə ehtiyatların yenilənməsi və hesablanması zamani istifadə olunan Geostatistics və Basıc statisitics modullarını mükəmməl şəkildə başa düşməsi və analiz edilməsi;
• Filiz poliqonların tərtibatında iştirak edən interpolyasiya modullarının (anizotropiya, axtarış elipsləri, kriging və inverse distance) tədbiqi;
• Horizontal və Vertikal kəsilişlərin tərtibatı;
• Ehtiyatların hesablanması ilə bağlı olan aşağıdakı Beynəlxalq standartlarla tanış olması və ən azı 1 standartla işləmək bacarığı:
1. JORC CODE – Joint Ore Reserve Committee (Australasia)
2. SAMREC CODE – South African Mineral Committee (South Africa)
3. REPORTING CODE – (UK / Western Europe)
4. CIM GUIDELINES (NI43-101) – Canadian Institute of Mining, Metallurgy and Petroleum (Canada)
5. SME GUIDE – Society for Mining, Metallurgy and Exploration (USA)
6. CERTIFICATION CODE – (Chile)

• NI 43-101 hesabatının tərtibatında iştirak;
• Gündəlik, həftəlik və aylıq hesabatların rəhbərinə təqdim olunması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Çöl şəraitində işləmə qabiliyyəti;
• GemCom, Surpac, Autocad, ArcMap, Mapİnfo və Microsoft Office kompyuter biliklərinin yüksək səviyyədə olması;
• Sorğulara və sifarişlərə əsasən, həmçinin müqavilələrlə işləmə qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və yüksək riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya, Dağ-mədən yönümlü ixtisaslar üzrə ali təhsil (magistr pilləsi arzuolunandır);
• Məxsusi geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsində (sınaqlaşdırma və dağ qazmalarında iş bacarığı) və mədən işlərində ən azı 5 il iş təcrübəsi.


Vəzifə 2: Çovdar Filiz Emalı Sahəsi / Texniki xidmət və təmir bölməsinin Rəhbəri

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

• Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
• Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması.
• Aylıq hesabatların hazırlanması;
• İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
• Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va ona nəzarət;
• Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal material silgisinin təşkili;
• Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
• Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
• Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Müvafiq sənədləşmə işlərinin aparılması;
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
• Müvafiq hesablamaların aparılması. (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Təşkilatçılıq və İdarəetmə bacarığı;
• Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
• Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
• Microsoft Office proqramları proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İnşaat sahəsi üzrə Ali təhsil;
• Yol və Sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi.


Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq vakansiyanın adını qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər