8 C
Baku
Wednesday, October 30, 2024

“AzerGold” səhm emissiyasına başlayır

Maliyyə Bazarlarına Nəzarət Palatası “AzerGold” QSC-nin səhm emissiyasını qeydə alıb. Emissiya hər birinin nominal dəyəri 1 manat olan 2 mln. ədəd səhmin yerləşdirilməsini nəzərdə tutur.

“AzerGold” tam olaraq dövlətin mülkiyyətində olduğu üçün səhmlər qapalı yerləşdiriləcək. Bununla da Cəmiyyətin 2 mln. manatlıq nizamnamə kapitalı formalaşdırılacaq.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin ötən il fevralın 11-də imzaladığı sərəncamla yaradılıb. Şirkət əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Report

Son xəbərlər
Digər xəbərlər