2022-ci ildə dövlətə məxsus “AzerGold” QSC-nin xalis mənfəəti illik müqayisədə 424 min ABŞ dolları (1.3 faiz) azalaraq 32 milyon 620 min ABŞ dollarına (55 mln 454 min manat) düşüb. 2021-ci ildə şirkət 33 milyon 47 min dollar xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, bu barədə hesabatda qeyd edilir.
Dövlət şirkətinin gəlirləri 2021-ci ildə 112 milyon 74 min dollar olduğu halda, 2022-ci ildə 123 milyon 646 min dollara yüksəlib. Bu da illik gəlirlərin 11 milyon 572 min dollar və ya 10.3% artımı deməkdir.
Konsolidə edilmiş hesabatda isə “AzerGold”un xalis mənfəəti 2.75% artımla 30 milyon 2012 min dollar təşkil edib
Rəsmi məzənnə 1 ABŞ dolları= 1.70 manat