8 C
Baku
Tuesday, December 30, 2025

“AzerGold” və “Anglo Asian Mining”in ixrac gəlirlərində böyük artım olub

Azərbaycanın qızıl, gümüş və mis istehsalçıları bu il xaricə ixracdan gəlirləri açıqlanıb.

Banker.az xəbər verir ki, “AzerGold” QSC bu il xaricə 205.9 milyon ABŞ dolları həmcində məhsul ixrac edib. Bu, illik müqayisədə 55.5 faiz artaraq 132.4 milyon dollar həcmində idi.

“Anglo Asian Mining PLC” şirkətinin Azərbaycandakı törəmə müəssisi “AIMKL”nin nümayəndəliyi bu il xaricə 112 mln. dollar həcmində ixrac gerçəkləşdirib. Bu da öncəki illə müqayisədə 3.4 dəfə artım deməkdir. Belə ki, ötən ilin ilk 10 ayında 33.1 manat həcmində ixrac gerçəkləşdirmişdi.

Qeyd edək ki, Azərbaycan bu ilin ilk 11 ayında 6 420.6 ton həcmində mis istehsal edib. Bu da illik müqayisədə 3 205% artımdır. Eyni artım qızılda 9.7 faizlə 2 815 kiloqram, gümüşdə isə 14.4 faiz artımla 3 505 kiloqrama yüksəlib.

Son xəbərlər
Digər xəbərlər