“AzerGold” QSC-nin elan etdiyi tenderinin nəticəsi açıqlanıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “Gesco” ASC-dir.
Tenderdə “Çovdar” inteqrə olunmuş regional emal sahəsi (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla) üzrə mühafizə xidmətinin satın alınması nəzərdə tutulub.
“AzerGold” qalib şirkətə 1 288 371 manat ödəyəcək.