“AzerGold” QSC-nin İdarə Heyətində dəyişiklik olub.
Banker.az-ın məlumatına görə, İdarə Heyətinin üzvü-sədrin müşaviri Orxan Nazim oğlu Novruzov vəzifəsini tərk edib.
Açıqlanan məlumatda yerinə təyinat yoxdur.
Qeyd edək ki, “AzerGold” QSC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun) 11 milyon 215 min dollar xalis mənfəət ilə başa vurub.