1 C
Baku
Saturday, December 14, 2024

“AzerGold”dan 21 milyon manatlıq sifariş

“AzerGold” QSC “Azdağmədənistismar” QSC ilə 21 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Kəşfiyyat buruq-qazma, geotexniki sahə tədqiqatları və laborator təhlilllər, geofiziki işlər və nəticələrin təhlili, resursların hesablanması və mədən (karxana) modellərinin layihələndirilməsinə dair işlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri 21 068 915 manatdır.

Qeyd edək ki, “Azdağmədənistismar” QSC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. QSC-nin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Vüsal Cəlilovdur.

Şirkət Azərbaycanda qızıl istehsalını həyata keçirən “AzerGold” QSC-nin mühüm podratçısıdır.

Son xəbərlər
Digər xəbərlər