13 C
Baku
Monday, May 6, 2024

“AzerGold”un işçi sayı açıqlandı

“AzerGold” QSC-nin və onun törəmə şirkətlərinin 30.06.2023-cü il tarixinə işçilərinin sayı 909 nəfər təşkil edib. Onlardan 630 nəfəri isə “AzerGold”da çalışır.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

30.03.2023-cü il tarixində isə “AzerGold”un şirkətlərində işçi sayı 833 nəfər olub ki, bu da 3 ayda 76 nəfərin artması deməkdir.

Ötən ilin eyni dövründə şirkətdə 538 nəfər çalışıb. Belə ki, illik müqayisədə işçi sayı 371 nəfər artıb.

 

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər