25 C
Baku
Saturday, July 27, 2024

“AzerGold”un ixrac gəliri azaldı

2022-ci ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 91.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

2021-ci ilin eyni dövründə isə “AzerGold”un ixracdan gəliri 95.5 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 4.2 milyon dollar və ya 4.39% azdır.

Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Digər xəbərlər