30 C
Baku
Thursday, June 30, 2022

“AzerGold”un törəmə şirkətindən 119 milyon manatlıq müqavilə

“AzerGold” QSC-yə məxsus “Daşkəsən Dəmir Filiz” MMC “Azeri Mining Group” MMC ilə 119 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 118 948 093 manatdır.

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Oxşar xəbərlər