11 C
Baku
Monday, November 25, 2024

“AzerGold”un törəmə şirkəti 2 milyon manatlıq layihələndirmə işi aparacaq

“Daşkəsən Dəmir Filiz” MMC “Encotec” QSC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Daşkəsən dəmir filizi yatağında (DDFY) dəmir filizi konsentratının istehsalının təmin edilməsi məqsədi ilə zənginləşdirmə zavodunun və aidiyyəti infrastrukturun yenidən qurulması üçün “Ərazidə tikintisi və bərpası nəzərdə tutulan köməkçi binaların, infrastrukturun və şlam boru xəttinin Detallı Layihələndirilməsi” xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 688 294 manatdır.

Qeyd edək ki, “Encotec” QSC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Feyruz Rzayevdir.

Xatırladaq ki, “Daşkəsən Dəmir Filiz ” MMC “AzerGold” QSC-nin törəmə müəssisəsidir. “Daşkəsən Dəmir Filiz” 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

Son xəbərlər
Digər xəbərlər