18 C
Baku
Sunday, September 8, 2024

“AzerGold”un törəmə şirkəti rəsmi internet saytını yaradır, bu qədər pul xərcləyəcək

“Daşkəsən Dəmir Filizi” MMC elan etdiyi tenderin nəticəsini açıqlayıb.

Banker.az xəbər verir ki, tenderdə Cəmiyyətin rəsmi internet saytının (ddf.az) yaradılması işlərinin satın alınması nəzərdə tutulur.

Tenderin qalibi “Buta Tech” MMC-dir, qalib şirkətə 11 700 manat ödəniləcək.

Qeyd edək ki, “Buta Tech” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Taleh Mərəyevdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması “AzerGold” QSC-yə həvalə edilib. Ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən iri layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.

ddf

Son xəbərlər
Digər xəbərlər