Cari ilin ilk rübündə cərəyan edən hadisələr nəticəsində “Azeri Light” markalı neftin bir barelinin orta ixrac qiyməti 82,2 ABŞ dolları təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.
Qeyd olunur ki, ötən ildə bir sıra enerji və ərzaq məhsullarının ucuzlaşması, qiymətli metalların isə əhəmiyyətli dərəcədə bahalaşması müşahidə edilib. “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 71 ABŞ dolları səviyyəsində qərarlaşmış, 2024-cü ildəki orta qiymətdən 14,3% az, 2025-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı əsas götürülmüş göstəricidən (70 ABŞ dolları) 1,4% çox olub.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 ABŞ dolları olacağı fərz edilib”, – sənəddə qeyd olunur.







