“Azeri Multi-Profit Firm” şirkəti məişət avtoklavlarının (qida məhsullarının təzyiq altında emalı üçün qab) istehsalı zavodunun inşası layihəsini reallaşdırmağı planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə layihə ilə tanış olan mənbə məlumat verib.
“Şirkət Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində məişət avtoklavlarının istehsalı müəssisəsinin yaradılması üzrə biznes plan hazırlayıb. Məqsəd yerli bazarda bu məhsula tələbatın və ixracın təmin olunmasıdır”, – deyə mənbə qeyd edib.
Şirkətin mütəxəssislərinin hesablamalarına görə, layihə 18,5 mln. avro məbləğində qiymətləndirilir. Layihənin həyata keçirilmə müddəti 7 ay, xərclərin çıxarılma müddəti 7 il təşkil edəcək.
“”Bu layihənin reallaşdırılması nəticəsində 300 yeni iş yeri açılacaq”, – deyə o vurğulayıb*