“Azersky” peykini “PAŞA Sığorta” 518 min manata sığortalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “PAŞA Sığorta” ASC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Azersky” peykinin sığortalanması xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 517 900 manatdır.

Xatırladaq ki, bundan əvvəl “Azərkosmos” dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin 1 illik sığortalanması üçün “Qala Sığorta” ASC-yə 865 min manat ödəmişdir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər