6 C
Baku
Sunday, December 15, 2024

“Azersun Holding” 3 vakant vəzifə üzrə işçi axtarır

1. Marketinq meneceri

Namizədə aid tələblər:

• Ali təhsilli (Marketinq sahəsində) olmalı;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
• Dil bilikləri: rus, ingilis
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik idarəetmə qabiliyyəti.

İş haqqında məlumat:

• Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
• İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək;
• Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
• Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək;
• Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 31.08.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Marketinq meneceri”) qeyd olunmalıdır) göndərə bilərlər.


2. Mühasib (Bölgələr)

Namizədə aid tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 13.09.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib (Bölgələr)”) qeyd olunmalıdır) göndərə bilərlər


3. Peyzaj memarı

Tələblər

• Memarlıq üzrə ali təhsil;
• Müvafiq sahədə ən az 5 il iş təcrübəsi (Villa, Residance, idman kompleksləri,otel və digər layihələrdə təcrübəyə üstünlük verilir);
• MS Office, AutoCad , ArchiCad, 3DMax   proqramlarla işləmək bacarığı;
• Türk və ingilis dillərini yüksək səviyyədə bilməli.

İş haqqında məlumat

• Premium yaşayış komplekslərinin  landşaft baxımını yüksək səviyyədə həyata keçirməli;
• Geniş ölçülərə malik yaşıllaşdırma və bitkiləndirmə sahələrinə nəzarət etməli;
• Müstəqil şəkildə Villaların bağçalarının dizaynını hazırlayıb müştərilərə təqdim etmək;
• Layihə işlərinin təşkilini, planlaşdırılmasını və bölüşdürülməsini təmin etmək;
• Yüksək keyfiyətli üçölçülü təsvirlərin (3D vizualizasiya) hazırlanması;
• Çertyojların hazırlanmasını həyata keçirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Peyzaj memarı” qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər