Azərbaycanın ən böyük qida istehsalçısı “Azersun Holdinq” MMC-nin gəlirləri 1 mlrd. manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 37% artım deməkdir.
Banker.az bu barədə, Holdinqin 2019-cu il üzrə maliyyə hesabatında deyilir.
“Azersun Holdinq”in satdığı məhsulun maya dəyəri isə 762.8 mln. manat təşkil edib. Nəticədə ümumi mənfəət 240.86 mln. manat təşkil edib. Bu öncəki illə müqayisədə 2.86dəfə artım deməkdir.
Bundan əlavə məhsulun paylaşdırma xərcləri 46.75 mln. manat, inzibati və ümumi xərclər 124.42 mln. manat, maliyyə xərcləri 9.73 mln. manat olub.
Beləliklə “Azersun Holdinq” 2019-cu il ərzində xalis mənfəti 49 mln. manat təşkil edib. Öncəki ildə bu rəqəm 22 mln. manat idi.