15 C
Baku
Monday, May 6, 2024

“Azersun” marketlər şəbəkəsində mövqeyini gücləndirmək istəyir – Kapital $41 milyona çatdırıldı

“Azersun Holding” pərakəndə ticarətdə mövqeyini gücləndirmək istəyir və iri supermarket şəbəkəsinə maya qoyur.

Banker.az xəbər verir ki, supermarketlər şəbəkəsi “Bazar Store” MMC-nin nizamnamə kapitalını $2.78 milyon, yaxud 7 faiz artırmaqla $40.86 milyona (₼69.47 mln. manata) çatdırıb.

Şirkət 1999-cu ildə yaradılsa da, o mağazalar şəbəkəsi kimi 2010-ci ildən fəaliyyət göstərir. Supermarketlər şəbəkəsinin Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəmkir, Qəbələ, Bərdə, İmişli, Şəki, Zaqatala, Sabirabad, Masallı, Tovuz, Cəlilabad şəhərlərində də fəaliyyət göstərir.

Qeyd edək ki, ötən ilin mayında holdinqin mağazalar şəbəkəsinin nizamnamə kapitalı 3 dəfə böyüdülərək 13.97 milyon ABŞ dollarından 38.08 milyon dollara çatdırılmışdı.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər