9 C
Baku
Wednesday, December 11, 2024

“AzerTelecom”un baş icraçı direktoru dəyişdi

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətin rəhbərliyində yeni təyinatlar olub.

Bu barədə  şirkətdən bildirilib.

Belə ki, 2017-cı ildən “AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən “AzerTelecom”un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini Ana Nakaşidze təyin olunub.

“Biz Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram”, – deyə Fuad Allahverdiyev qeyd edib.

“Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mühüm nailiyyətlər qazanacaqdır”, – deyə Ana Nakaşidze bildirib.

 

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər