7 C
Baku
Wednesday, February 28, 2024

“AzeSteelCompany” 2 milyon manata yaxın zərər edib

Armaturlar daxil metal məmulatların və sənaye qazlarının istehsalı ilə məşğul olan “AzeSteelCompany” ASC 2022-ci ili 1 milyon 806 min manat zərər ilə başa vurub. 2021-ci ildə şirkət 298 min manat mənfəət etmişdir.

Banker.az bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.

Ötən il “AzeSteelCompany” şirkətinin cəmi gəlirləri 20 milyon 592 min manat, satışların maya dəyəri 19 milyon 928 min manat, inzibati xərcləri 1 milyon 442 min manat təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 20 milyon 393 min manat, cəmi kapitalı 8 milyon 105 min manat, cəmi öhdəlikləri isə 12 milyon 288 min manat olub.

Son xəbərlər
Digər xəbərlər