-1 C
Baku
Sunday, December 15, 2024

“AzFinance” 1 milyon manat borc alır – Birjada listinqə daxil edildi

30 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC -nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Ticarət tarixi hərracdan 2 gün əvvəl emitent tərəfindən bildiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri Ticarətə buraxlma tarixi Tədavül müddəti
AZ2002019712 Diskontlu, təminatsız, sənədsiz adlı istiqrazlar 1,000

(ədəd)

1,000 manat Emitent tərəfindən bildiriləcək 3 təqvim ili

           

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər