13 C
Baku
Tuesday, May 7, 2024

“AzFinance İ.Ş.” istiqrazları üçün açılış zəngi keçirilib

21 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Banker.az BFB-ya istinadla xəbər verir ki, 1 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirmişdir.

Açılış mərasimində emitent və anderrayter olaraq “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “AzFinance İnvestisiya Şirkəti” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bilbildirib

Son xəbərlər
 ⁠
Digər xəbərlər