12 C
Baku
Tuesday, May 7, 2024

“AzFinance İnvestisiya Şirkəti” ötən ilin ilk yarısını zərər edib

“AzFinance İnvestisiya Şirkəti” QSC 2023-cü ilin ilk yarısını 953 min manat zərərlə bitirib.

Banker.az bunu investisiya şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.

2023-cü ilin ilk yarısında investisiya şirkəti əsas investisiya xidmətləri üzrə gəlirləri 343 min manat olub ki, bu da 2022-cü ilin müvafiq dövründən xeyli aşağıdır. Məsələn, 2022-ci ilin ilk yarısında 1 mln. 458 min manat gəlir əldə etmişdi.

2022-ci ilin ilk yarısında şirkət aktivlərin idarə edilməsi kimi köməkçi xidmətlərdən 30 min manat gəlir əldə etdiyi halda, 2023-cü ildə bu xidmətdən yararlana bilməyib və 1000 manatın altında gəliri olub.

Müşahidə Şurasının üzvləri Mamedov Abid Mamed oğlu
Direktor Səfərəliyev İntiqam Bəhman oğlu
Nizamnamə kapitalı 1 550 000.00 Manat
Səhmdar(ları) – Təsisçi(ləri) 84.97%-Abid Məmmədov
15.03% – İntiqam Səfərəliyev

5356435334

2

Son xəbərlər
 ⁠
Digər xəbərlər