2 C
Baku
Saturday, December 14, 2024

“AzFinance İnvestisiya Şirkəti”nin dollar istiqrazları satılacaq – Hərracın tarixi

24 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) ABŞ dolları həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

27 yanvar 2022-ci il tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.  

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri Tədavül müddəti
AZ2003019711 Diskontlu təmin edilməmiş sənədsiz adlı 1,000

(ədəd)

1,000 ABŞ dolları 540 gün

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər